Xəzər Xəbər

"Xəzər Xəbər"in çəkilişindən sonra sürücülərə problem yaradan yol nişanı dəyişdirildi FOTO/VİDEO

Veb TV | 09:09 • 25 Noyabr 2022
"Xəzər Xəbər"in çəkilişindən sonra sürücülərə problem yaradan yol nişanı dəyişdirildi

Bakı dairəvi yolunda sürücüləri narahat edən, nişanlanma ilə bağlı problem həll edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

O qeyd edib ki, yolun Alatavanın bərabərində sağ kənar hissədən sola - orta hərəkət hissəsinə keçid edərək Biləcəriyə getmək üçün olan kəsiyi qarşısında sol zolaqdakı 1.18 nişanlanma oxu dəyişdirildi: "Həmin ox sol zolaqdan yalnız sola hərəkətə icazə verirdi. Bu da hərəkət şəraitinə və oradan sola gedən avtomobillərin sayına uyğun deyildi. Bizim də bu məsələni işıqlandırmağımızdan sonra həmin ox dəyişdirildi və indi sol zolaqdan həm düzünə, həm də sola getmək olar". 

Xatırladaq ki, bugünlərdə "Xəzər Xəbər" həmin ərazidəki problemlə bağlı reportaj yayımlamışdı.

Xəbər lenti