Xəzər Xəbər

Nazir: Ermənistan Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə edir VİDEO

Veb TV | 19:59 • 24 Noyabr 2022
Nazir: Ermənistan Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə edir

"Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 4-cü və 6-cı bəndini kobudcasına pozmağa davam edir".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Ermənistan Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə edir və bununla Azərbaycana qarşı təxribatlar törədir.

Nazir həmçinin əlavə edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi təxribatların davam etməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə, məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir.

Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti