Xəzər Xəbər

Bakıda bu yol sürücülərə problem yaradır VİDEO

Veb TV | 20:26 • 23 Noyabr 2022
Bakıda bu yol sürücülərə problem yaradır

Bakıda ikizolaqlı yolun bir zolağı daha çox istifadə olunduğundan sürücülərə problem yaradır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət konkret olaraq kənar dairəvi yoldan gedir.

Yolun əsas yola birləşən hissəsində yalnız sola dönmə nişanı çəkildiyindən, düzünə hərəkət edən sürücülərə yol polisi əməkdaşları tərəfindən cərimə tətbiq olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, normativlərə nəzərən sözgüdən ərazidəki yol nişanı düzgün deyil.

Ekspert bildirib ki, həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin böyük bir hissəsi sola dönmədiyindən ərazidəki yol nişanı dəyişdirilməlidir.

Məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib.

Yəqin ki, Agentliyin əməkdaşları əraziyə baxış keçirdikdən sonra yol nişanının dəyişdirilməsi qısa zaman ərzində baş tutacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti