Xəzər Xəbər

İranda dəhşət: həbsə atılan qadınlar təcavüzə məruz qalır, alçaldılır VİDEO

Veb TV | 19:33 • 23 Noyabr 2022
İranda dəhşət: həbsə atılan qadınlar təcavüzə məruz qalır, alçaldılır

İranda 2 aydan çoxdur davam edən etiraz aksiyalarında iştirak edən 15 mindən çox şəxs həbs edilib. Onların yarısı gənc qadın və qızlardır.

CNN məlumat verir ki, İranda həbsə atılan qadınlar təcavüzə məruz qalır, alçaldılır. Bu səbəbdən bir neçə qadın sərbəst buraxıldıqdan sonra intihar edərək həyatına son verib.

Xezerxeber.az-ın məlumatına görə, uzun illər İranda yaşamış, Azərbaycançılıq ideyalarına görə 5 il həbs edilmiş güneyli jurnalist Elyaz Yekənli deyir ki, molla rejiminin qadınlara zülmü bu günün hadisəsi deyil.

Onun sözlərinə görə, qəddar rejim illərlə qadınlara zülm edib.

İran rejimi təkcə qadınlara yox, cinsindən asılı olmayaraq onlara qarşı çıxan hər kəsə zülm edib və edir. Bütün illərdə işgəncəyə məruz qalanlar isə daha çox azərbaycanlılar olub.

Müsahibimizin sözlərinə görə, İran Azərbaycana və Azərbaycan dilinə o qədər nifrət edib ki, məktəbdə fars dilində danışmaq istəməyən azərbaycanlı uşaqları da şiddətə məruz qoyub.

Uzun illər başda azərbaycanlılar olmaqla İranda yaşayan bütün xalqlar psixoloji və fiziki şiddətə məruz qalıb, qüruru sındırılıb və təhqir olunub. Son 2 ayda baş verənlər isə bu zamana qədər olanların ən betəridir. Bu səbəbdəndir ki, sabah BMT-nin İnsan Hüquqları Şurasının xüsusi iclası keçiriləcək və İranda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi müzakirə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti