Xəzər Xəbər

İşdən çıxarılan aktyorlar çətin vəziyyətdə yaşayırlar VİDEO

Onlar can qoyduqları teatrlardan gileylidirlər
Veb TV | 20:39 • 23 Noyabr 2022
İşdən çıxarılan aktyorlar çətin vəziyyətdə yaşayırlar

Yaşı 70-i ötmüş aktyorlar və aktrisaların işlədikləri teatrlardan uzaqlaşdırılması narazılıqla qarşılanır.

Xezerxeber.az-ın məlumatına görə, belə aktrisalardan biri Məsuma Babayevadır.

Məsuma Babayeva 1972-ci ildən, yəni ömrünün 50 ilini Gənc Tamaşaçılar teatrına həsr edib. Son 4 ildə isə yaşı ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb. Həm də, dediklərinə görə, böyük təzyiq və israrla.

Hazırda müxtəlif xəstəliklərdən əziyyət çəkən aktrisa dolanışığının çətin olmasından, dərmanlarını belə ala bilməməsindən, ona əlavə heç bir maddi yardım edilməməsindən  gileylidir.

O, səhhətində problem olmasına baxmayaraq, işləmək imkanının olduğunu vurğulayır. Ancaq deyir ki, işləmək üçün onu tamaşaya dəvət etmirlər.  

Mövzu ilə bağlı əvvəlcə Gənc Tamaşaçılar Teatrı ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Hüsniyyə Quliyeva aktrisanın ona israrala ərizə yazdırılması barədə səsləndirdiyi fikirləri təkzib etdi. Məsumə Babayevanın qanunla, yaşı tamam olduğu üçün işdən kənarlaşdırıldığını bildirdi. O ki  qaldı teatr tamaşalarına dəvət alması, bunun rejissorlardan asılı olduğunu , aktrisaya uyğun rol olarsa, yenidən dəvət ala biləcəyini söylədi.

Yaşına görə  teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən, buna görə incik düşən daha bir aktyorumuz isə Moşu obrazı ilə hər kəsin qəlbində özünə yer tutan Valeh Kərimovdur. O da uzun müddətdir ki, teatrdan uzaqlaşdırılıb. Amma işləmək imkanının olduğunu deyir.

Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə bildirdi ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti