Xəzər Xəbər

Binada mənzilin yuxarı mərtəbəsindən daman su ölüm faktının üstünü açdı VİDEO

Veb TV | 19:33 • 6 Noyabr 2022
Binada mənzilin yuxarı mərtəbəsindən daman su ölüm faktının üstünü açdı

Gəncədə mənzildən 93 yaşlı qadının meyiti tapılıb.

Xezerxeber.az-ın xəbərinə görə, 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovanın meyiti şəhərin “Qəsəbə” adlanan ərazisində yerləşən mənzildə aşkar edilib.

Məlumata görə, birinci mərtəbədə yaşayan qonşu mənzilinə su damması ilə bağlı şikayətlərinə məhəl qoyulmadığından özü üst mərtəbəyə çıxıb. Mənzilin qapısı bağlı olduğundan qapını zorla açdırmağa məcbur qalıb. Məlum olub ki, 93 yaşlı qonşu Yelifolida Strelkova uzun müddət əvvəl mənzilində dünyasını dəyişib. Meyiti də bu müddət ərzində mənzildə qalıb.

Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanıb. Aşkar edilmiş meyitin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinəsi aparılır. Ölüm faktının nə vaxt və hansı şəraitdə baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti