Xəzər Xəbər

Bakıda bal yarmarkası təşkil edilib VİDEO

Yarmarkaya ilk dəfə olaraq Laçın və Kəlbəcərdən gətirilən ballar çıxarılıb
Veb TV | 19:44 • 1 Oktyabr 2022
Bakıda bal yarmarkası təşkil edilib

Bu gündən etibarən Bakıda bal yarmarkası başlayıb.

Xezerxeber.az xəbər verib ki, yarmarkada 250 arıçı tərəfindən 120 tona yaxın məhsul satışa çıxarılıb. 

Yarmarkada ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasından fermerlər öz məhsullarını təklif edirlər. 

Laçın və Kəlbəcər arıçıları deyirlər ki, ölkə ərazisində arıya nektar verən 640-dan çox dağ-çəmən bitkisi var və bunların da 521-i adıçəkilən rayonlarda bitir.

40 ildir arıçılıqla məşğul olan kəlbəcərli arıçı deyir ki, bu yarmarkada şəhid ailələri üçün pulsuz bal payı nəzərdə tutublar.

Kəlbəcərin şan balı 45 manata, süzmə balı isə 40 manata təklif olunur. Laçın balının da bir kiloqramı 40 manatadır.

Alıcılar isə deyirlər ki, yarmarkadan aldıqları balın təmiz olduğuna inanırlar.

Ümumiyyətlə, yarmarkada balın 1 kiloqramı orta qiymətlə 25-30 manata təklif olunur. Yarmarka oktyabrın 20-dək davam edəcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: