Xəzər Xəbər

Vətən müharibəsinin 5-ci günü: Oktyabrın 1-də düşmənin tank kolunu darmadağın edilmişdi VİDEO

Döyüşdə iştirak edən pilotlar danışıb
Veb TV | 21:20 • 1 Oktyabr 2022
Vətən müharibəsinin 5-ci günü: Oktyabrın 1-də düşmənin tank kolunu darmadağın edilmişdi

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İki il əvvəl, oktyabrın 1-i Vətən müharibəsinin 5-ci günü idi. 

Xezerxeber.az 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 

Vətən müharibəsinin 5-ci günündə Ermənistan silahlı qüvvələri Füzuli cəbhəsindən qəfil hücuma başlayır. Xeyli sayda tank kolonu Cəbrayıl rayonunun Nüzgar kəndinin qarşısından atışlara başlayır.

Murovda isə həmin vaxt xüsusi təyinatlılarımız xususi bir əməliyyat icra edirdilər. Bu vaxt onlar, özlərindən daha çox sayda olan düşmən qüvvələri ilə qarşılaşırlar.

Suqovuşan cəbhəsində isə gecə döyüşü ilə Talış kəndinin taleyi də həll edilmişdi.

Suqovuşan yolunda ən böyük səddin yarılması silahlı qüvvələrimiz üçün xususi əhəmiyyət kəsb edirdi. Gecənin düşməsi ilə kəşfiyyat bölmələri artıq Suqovuşanın astanasına çatacaqdılar...

Xezerxeber.az Vətən müharibəsində iştirak etmiş döyüşçülərin fikirlərinin də yer aldığı videomaterialı təqdim edir:

Xəbər lenti