Xəzər Xəbər

FHN: Ötən sutka 41 yanğına çıxış olub, 11 nəfər xilas edilib VİDEO

Veb TV | 14:14 • 1 Oktyabr 2022
FHN: Ötən sutka 41 yanğına çıxış olub, 11 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən avtoqəzalar zamanı 6 nəfər xilas edilib. Həmçinin, 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.