Xəzər Xəbər

Nyu-Yorkda Rusiya Baş konsulluğunu qırmızıya boyadılar VİDEO

Veb TV | 09:40 • 1 Oktyabr 2022
Nyu-Yorkda Rusiya Baş konsulluğunu qırmızıya boyadılar

Naməlum şəxslər Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğunun binasına qırmızı boya atıblar.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 

Konsulluq əməkdaşlarının sözlərinə görə, sözügedən aksiyada iki nəfər iştirak edib. Belə ki, onlardan biri binanı boyadıqda, digəri hadisəni lentə alıb. 

Məlumata görə, boya çox qalın təbəqə ilə atıldığından konsulluğun əməkdaşları binanın taxta giriş qapısını açmaqda çətinlik çəkib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunsa da, insidenti törədən şəxsləri saxlamaq mümkün olmayıb.

Xəbər lenti