Xəzər Xəbər

Prezident Bolqarıstanda rəsmi səfərdədir VİDEO

Veb TV | 22:55 • 30 Sentyabr 2022
Prezident Bolqarıstanda rəsmi səfərdədir

Prezident İlham Əliyev Bolqarıstanda rəsmi səfərdədir. Dövlət başçısını Bolqarıstanın prezidenti qarşılayıb. Ardından liderlərin  təkbətək görüşü olub. Və onlar mətbuata bəyanatlarla çıxış ediblər.

"Biz ənənəvi olaraq dostluq münasibətlərinə malikik, həqiqi və səmimi əməkdaşlıq edirik. Cənab Əliyev və mən ikitərəfli münasibətlərimizi, onların mövcud vəziyyətini, qarşımızda duran çağırışları müzakirə etdik və əlbəttə ki, yeni imkanları nəzərdən keçirdik." Bunu Bolqarıstanın prezidenti Rumen Dadev mətbuata bəyanatla çıxışında bildirib. Azərbaycanın  arzuolunan etibarlı tərəfdaş olduğunu deyən Rumen Dadev hər iki ölkə arasında əməkdaşlığını bir çox sahələr üzrə daha da genişlənə biləcəyinə diqqət çəkib. 

Bolqarıstan prezidenti qeyd edib ki bu səfər çərçivəsində sabah rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı olacaq.

Prezident İlham Əliyev isə deyib ki, bu səfərin nəticələri çox uğurlu olacaq və bu gün əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcək, necə ki, bundan əvvəlki dövrlərdə əldə edilmiş razılaşmalar yerinə yetirilirdi. 

Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Memorandum haqqında da danışıb. Bildirib ki Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var.

Prezident İlham Əliyev səfər çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşüb.Dövlət başçısı bildirib ki səfər zamanı ortaq maraq doğuran bir çox sahələr üzrə danışıqlar aparılıb. Qarşılıqlı əməkdaşlığın genişləndirməsi müzakirə edilib. 

Bu gün Sofiyada həmçinin Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donevin adından Prezident İlham Əliyevin şərəfinə nahar verilib.

Xəbər lenti