Xəzər Xəbər

Serebral iflic olan uşağın sosial ödənişi niyə kəsildi? VİDEO

Veb TV | 19:59 • 30 Sentyabr 2022
Serebral iflic olan uşağın sosial ödənişi niyə kəsildi?

Anadangəlmə serebral iflic xəstəsi olan 9 yaşlı uşağın sosial ödənişi  4 aydır ki  kəsilib.valideynləri bunu bərpa etmək üçün lazımi prosedurları etdiklərini,  lakin hələ Ki bir nəticə olmadığını bildiriblər. Ailənin maddi durumu yaxşı deyil, elə buna görə də uşağın  müalicə xərclərini ödəyə bilmirlər. Azyaşlının dərdi isə elə bir dərddir ki, dərmanı mütləq olmalıdır. 

Serebral iflic xəstəsi olan uşağın sosial ödənişi kəsilib

Azyaşlı Valeh Yunisli 2014-cü ildə Şəmkir rayonun Keçili kəndində anadan olub. Hələ bir neçə aylıq ikən uşağın davranışlarında qeyri-adilik hiss edən valideynləri həkimə müraciət edib...Uşağa anadangəlmə serebral iflic diaqnozu qoyulub. Amma uşağa əlillik  ödənişi 6 yaşında təyin olunub. Bundan 3 il sonra isə dayandırılıb..

 İndi daimi məşğuliyyəti olmayan ailə xəstə uşağın müalicə xərclərini ödəməkdə çətinlik çəkir..Buna görə də sosial ödənişin yenidən bərpa olunmasını istəyirlər.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov məsələ ilə bağlı bildirib ki,  bu ilin may ayında Valeh Yunislinin əlillik müddəti başa çatdıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi məqsədilə tibb müəssisəsi tərəfindən elektron sistemə göndəriş daxil edilib. Elektron sistem üzərindən qiymətləndirilmə zamanı müəyyən edilib ki, vətəndaşın ekspertiza üçün əhəmiyyətli göstəriciləri qeyd edilməyib. Həmçinin, pulsuz dərman alması barədə Səhiyyə Nazirliyinin reyestrində hec bir məlumat yoxdur. Bu səbəbdən ona elektron sistem üzərindən imtina qərarı verilib. Buna baxmayaraq vətəndaş,21 sentyabr  tarixində Agentliyin yerli mərkəzində əyani müayinə edilib. Əyani müayinə əsasında  Valeh Yunisliyə  orqanizm funksiyasının 100%  pozulması ilə əlaqədar müddətsiz əlillik təyinatı aparılıb.Qısa müddət ərzində sosıal ödənişlərin təyinatı aparılacaq.

Xəbər lenti