Xəzər Xəbər

Ermənistanın hələ də tapa bilmədiyi polkovnik-leytenantın yerini Azərbaycan hərbçiləri bilir VİDEO

Vətən Müharibəsi Qəhrəmanı həmin zabitin yerini açıqladı
Veb TV | 11:56 • 28 Sentyabr 2022
Ermənistanın hələ də tapa bilmədiyi polkovnik-leytenantın yerini Azərbaycan hərbçiləri bilir

Ermənistan tərəfinin hələ də tapa bilmədiyi artilleriya rəisi olmuş polkovnik-leytenant Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xəzər Televiziyasının istehsalı olan "Son döyüş" adlı sənədli filmdə məlumat yer alıb.

Qeyd olunub ki, qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın məhkəmə prosesində təqdim edilən Ermənistan İstintaq Komitəsinin məlumatında artilleriya rəisinin yerinin hələ də məlum olmadığı bildirilir: “1-ci batareya düşmənin birbaşa hədəfi olub. Qeyri-bərabər döyüşdə batareyanın şəxsi heyətinin 20 hərbçisi həlak olub, artilleriya rəisi, polkovnik-leytenant N.O.-nun yeri hələ də məlum deyil”.

Filmdə Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov deyib ki, Ermənistanın hələ də tapa bilmədiyi polkovnik-leytenant Füzuli rayonu istiqamətində əvvəlcə ayağından, sonra isə başından vurularaq məhv edilib.

"Onun üzərindən döyüş xəritələri və vacib sənədlər tapılıb. Tapılan sənədlər onların bu istiqamətdə olan bütün gizli mövqelərini aşkara çıxarır",-deyə filmdə qeyd olunub.

Xezerxeber.az "Son döyüş" filmindən sözügedən mövzu ilə videomaterialı təqdim edir: