Xəzər Xəbər

Vətən müharibəsi dövründə "Bayraktar TB2"nin məhv etdiyi hədəflərin sayı açıqlandı VİDEO

Məhv edilən ilk hədəf də məlum oldu
Veb TV | 22:44 • 27 Sentyabr 2022
Vətən müharibəsi dövründə "Bayraktar TB2"nin məhv etdiyi hədəflərin sayı açıqlandı

Vətən müharibəsi dövründə "Bayraktar TB2" pilotsuz uçuş aparatı (PUA) tərəfindən düşmənin 996 hədəfi məhv edilib. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Xəzər Televiziyasının istehsalı olan "Son döyüş" adlı sənədli filmdə məlumat yer alıb.

Filmdə müharibə zamanı "Bayraktar TB2"nin məhv etdiyi ilk hədəf də açıqlanıb.

Bu barədə filmdə danışan baş leytenant Nəcəf Nəcəfov açıqlayıb ki, müharibənin ilk günündə "Bayraktar TB2" ilə düşmənin Hava Hücumundan Müdafiə sistemi məhv edilib: "Mənim üçün bu tarixi hadisə idi". 

Xezerxeber.az "Son döyüş" filmndən sözügedən mövzu ilə bağlı qısa fraqmenti təqdim edir:

 

 

Xəbər lenti