Xəzər Xəbər

Müharibənin ilk günü ermənilər mülki əhalini hədəfə aldı, bir ailə vəhşiliyin qurbanı oldu VİDEO

Bu gün onların məzarları ziyarət edilib, ruhlarına dualar oxunub
Veb TV | 19:33 • 27 Sentyabr 2022
Müharibənin ilk günü ermənilər mülki əhalini hədəfə aldı, bir ailə vəhşiliyin qurbanı oldu

Vətən müharibəsi zamanı Ermənistan ordusu elə ilk gündən dinc sakinlərimizi hədəf aldı. Naftlanın Qaşaltı Qaraqoyunlu kəndinə  atılan toplar mülki  sakinlərin ölümünə səbəb oldu.

Xezerxeber.az-ın məlumatına görə, bir ailənin üzvləri olan mülki şəxslər - 69 yaşlı Elbrus Qurbanov, 64 yaşlı Şəfayət Qurbanova,39 yaşlı Afaq Əmirova, 14 yaşlı Fidan Qurbanova və 13 yaşlı Şəhriyar Qurbanov erməni vəhşiliyinin qurbanı oldular.

Kənd sakini Elbrus Qurbanovun evinə düşən mərmilər özü, həyat yoldaşı, gəlini və iki yeniyetmə nəvəsinin həyatına son qoydu. İki nəfər əzizini itirən Nadir Qurbanov həmin vaxt döyüşdə olduğunu və bu acı xəbəri qonşulardan aldığını deyir.

Qurbanovlar ailəsi Qaşaltı Qaraqoyunlu kənd qəbirstanlığında dəfn edilib. Bu gün onların məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Vətən müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar