Xəzər Xəbər

Ermənistan Azərbaycanın bölgədə yaratdığı yeni reallığı qəbul etməlidir VİDEO

Veb TV | 20:49 • 27 Sentyabr 2022
Ermənistan Azərbaycanın bölgədə yaratdığı yeni reallığı qəbul etməlidir

''Azərbaycan 30 il səbrli davranaraq münaqişənin sülh yolu ilə həll olunmasına çalışırdı. Təəssüf ki, qarşı tərəf müxtəlif bəhanələrlə danışıqlardan yayınaraq işğal etdiyi əraziləri boşaltmırdı''.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Ekspert bildirib ki, Ermənistanın 2020-ci ilin iyulunda Tovuzda törətdiyi təxribatlar düşmənin bir daha işğalçılıq siyasətindən əl çəkmədiyini göstərdi. Sentyabrın sonlarında genişmiqyaslı təxribatlardan sonra isə Azərbaycanın başqa çıxış yolu qalmırdı.

Ordumuz əks hücum əməliyyatları ilə qarşı tərəfə cavab verməli və işğalçıları tarixi torpaqlarımızdan qovmalı idi.

Politoloq İlyas Hüseynov deyir ki, Prezident İlham Əliyevin siyasi arenalarda qətiyyətli mövqeyi Vətən müharibəsində açar rolunu oynadı. Politoloq bildirib ki, 2-ci Qarabağ müharibəsindən sonra bölgədə vəziyyət dəyişib. Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması üçün yeni reallıq yaradıb.

Politoloq əlavə edib ki, Ermənistanın manevrləri və təxribatları heç bir nəticə verməyəcək. Çünki danışıqlar masasında qalib ölkə kimi diqtə edən tərəf Azərbaycandır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti