Xəzər Xəbər

Azərbaycan xalqı şəhidlərini böyük ehtiramla yad edir VİDEO

Veb TV | 20:17 • 27 Sentyabr 2022
Azərbaycan xalqı şəhidlərini böyük ehtiramla yad edir

27 Sentyabr - Anım Günü ilə əlaqədar bu gün səhər saatlarindan başlayaraq vətəndaşlar II Şəhidlər xiyabanını ziyarət ediblər.

Xiyabanda böyük insan izdihamı yaşanıb.

Ziyarətçilər şəhidlərin məzarı önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Xezerxeber.az-ın məlumatına görə, bu gün böyükdə-kiçiyə bütün Azərbayacan xalqı Vətən müharibəsində canlarından keçən qəhrəman oğulları ziyarət etmək üçün II Şəhidlər xiyabanına axışıb.

Ziyarətə gələn azyaşlılar vətənpərvər şüarlar səsləndirib, şeirlər oxuyub. şəhid analarına təsəlli veriblər.

Azərbaycan xalqı canlarından keçərək bizə bu qalibiyyəti yaşadan şəhidlərə, sağlamlığı bahasına 30 ilin həsrətinə son qoyan qazilərə daim minnətdar olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti