Xəzər Xəbər

Azərbaycanda avtomobil almaq istəyənlərə YENİ XƏBƏR: BU MAŞINLAR… VİDEO

Veb TV | 14:32 • 27 Sentyabr 2022
Azərbaycanda avtomobil almaq istəyənlərə YENİ XƏBƏR: BU MAŞINLAR…

Bu il yanvar ayının 1-dən etibarən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdənçox olmayan hibrid avtomobillər əlavə dəyər vergisindən azad edilib. Ancaq güzəştlərə baxmayaraq bu nəqliyyat vasitələrinin qiyməti yenə də hər kəs üçün əlçatan deyil. Amerika və Avropadan avtomobillərin ölkəyə idxalı ilə məşğul olan Kamil Zahidovun sözlərinə görə, təzə model hibrid avtomobillərə təlabat çoxaldıqca istehsal olunan ölkələrdə qiymətlər artır. 

Kamil Zahidovun deyir ki, sözügedən hibrid avtomobillərinin qiyməti  Avropada 18-30 min dollar arası dəyşir. Üzərinə daşınma xərcləri və digər rüsumlar əlavə olunduğu üçün həmin nəqliyyat vasitələri yerli bazarda 25-30 min dollara təklif edilir. Bəzi modellərin qiyməti isə daha yüksəkdir. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, hazırda ölkəmizə daha çox ənənvi avtomobillərin hibrid modelləri gəlir. Bu səbəbdən qiymətlər olduqca yuxarıdır. Ekspertin sözlərinə görə, əgər Çindən ucuz qiymətə  hibrid  nəqliyyat vasitələrinin axını başlaryarsa, bir çoxlarıbu fürsətdən yararlana biləcəklər. 

Ekspertin sözlərinə görə Rusiya-Ukrayna müharibəsi də hibrid avtomobillərin qiymətlərinə təsir edən amillərdəndir.

Xəbər lenti