Xəzər Xəbər

Tovuzda körpü qəzalı vəziyyətə düşüb VİDEO

Veb TV | 21:24 • 25 Sentyabr 2022
Tovuzda körpü qəzalı vəziyyətə düşüb

Tovuzun ucqar yaşayı məntəqələrindən olan Ağbaşlar kəndində yerləşən körpü qəzalı vəziyyətə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, Ağbaşlar kəndinin sakinləri hər gün bu yararsız vəziyyətdə olan körpüdən istifadə edirlər.

Ona görə də istənilən an üzərindən keçən şəxs çaya düşə bilər.

Körpü 1993-cü ildə sakinlərin şəxsi imkanları hesabına tikilib. O zamandan bəri heç zaman əsaslı təmir olunmayıb.

Sakinlər deyirlər ki, körpü növbəti sel və ya güclü küləyə tap gətirməyə bilər.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Mübariz Məmmədov bildirib ki, Ağbaşlar kəndinin nə bələdiyyəsindən, nə də tabe olduğu Qəribli kənd inzibati ərazi dairəsindən quruma müraciət daxil olub.

''Əgər rəsmi qaydada müraciət edilərsə, problem həll edilməsi üçün aidiyyəti qurumlara yönləndirilə bilər'',- deyə İcra hakimiyyətindən bildirilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti