Xəzər Xəbər

Ermənistan itkilərini gizlədir - Paşınyan höküməti ölən hərbçilərin sayı barədə xalqa məntiqli açıqlama vermir VİDEO

Veb TV | 22:02 • 25 Sentyabr 2022
Ermənistan itkilərini gizlədir - Paşınyan höküməti ölən hərbçilərin sayı barədə xalqa məntiqli açıqlama vermir

Paşınyan höküməti İkinci Qarabağ müharibəsindəki kimi, sentyabrın 13-14-də Ermənistan ordusunun törətdiyi təxribatlar nəticəsində məhv edilən erməni hərbçilərin sayını da gizlətməkdə davam edir.

Toqquşmalarda ilk olaraq 49 nəfərin öldüyünü elan edən Ermənistan hökümətinin son açıqladığı rəqəm 207 nəfərdir. Halbuki Azərbaycan Ordusu hərbi əməliyyatlar nəticəsində 450 nəfərdən çox erməni hərbçisinin zərərsizləşdirildiyini açıqlamışdı. Müşahidə edilən odur ki, Paşinyan höküməti hələ itkilərin yarısını belə açıqlamayıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən siyasi şərhçi Tural Əliyev hesab edir ki, Ermənistan hakimiyyəti  itkilərin bu qədər çox olması barədə xalqa məntiqli bir açıqlama verə bilmədiyi üçün real sayı gizlədir.

Politoloq onu da qeyd edir ki, Ermənistan itkiləri gizlətməklə son hadisələrdə həm də təxribatçı ölkə olduğunu etiraf edir.

Qeyd edək ki, Azərbaycan humanizm nümayiş etdirərək Ermənistan tərəfinə 133 cəsədi birtərəfli qaydada təqdim edib. Halbuki Azərbaycan Ordusunun qarşı tərəfə aid məsafədən məhv etdiyi onlarla hədəf var. Buna görə də Azərbaycanın təqdim etdiyi meyitlərdən əlavə cəmi 70 meyitin olması real görünmür. Digər tərəfdən, övladlarından heç bir xəbər ala bilməyən erməni valideynlərinin aksiyalarının zorakılıqla dağıdılması da onu deməyə əsas verir ki, Ermənistan itkilərin sayını gizlətməkdə israrlıdır. Əgər övladından xəbər ala bilməyən yüzlərlə insan aksiya keçirirsə, deməli, Azərbaycan tərəfinin açıqladığı erməni meyitlərinin sayı özünü reallıqda doğruldur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti