Xəzər Xəbər

Rəşad Məcid Mətbuat Şurasının planlarından danışdı VİDEO

Veb TV | 19:45 • 25 Sentyabr 2022
Rəşad Məcid Mətbuat Şurasının planlarından danışdı

Medianın saflaşdırılması, peşəkar medianın daha qabarıq üzə çıxması baxımından Mətbuat  Şurasının gərgin fəaliyyətinə ehtiyac duyulacaq. Xüsusilə qurumun gəncləşdirilməsi konkret məqsəd olaraq qarşıya hədəf qoyulub. 

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Mətbuat Şurasının yeni sədri Rəşad Məcid deyib.

Mətbuat Şurasının qarşısında duran əsas vəzifələrdən danışan 525-ci qəzetin baş redaktoru, şair-publisist Rəşad Məcid bildirib ki, rəhbərlik etdiyi qurum jurnalistlərin peşə etikasının prinsipləri ilə bağlı çağırış edəcək.

O xatırladıb ki, Mətbuat Şurası yarandığı 2003-cü ildən bəri daha çox yazılı mətbuatla bağlı şikayətlərə baxırdı. Ancaq Mətbuat Şurasının digər media fəaliyyəti adına iddia edən şəxslərə və qurumlara da təsir imkanları olmalıdır. Bunun üçün isə Mətuat Şurasının yeni İdarə Heyətinin nüfuzu və çoxşaxəliliyi vacibdir.

Qeyd edək ki, dünən keçirilən Mətbuat Şurasının VIII Qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Səsvermə yolu ilə formalaşdırılan tərkibə 23 nəfər daxildir. Həmin şəxslər jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti