Xəzər Xəbər

Güclü külək rayonlarda bir sıra fəsadlar törədib VİDEO

Veb TV | 19:59 • 25 Sentyabr 2022
Güclü külək rayonlarda bir sıra fəsadlar törədib

Güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin Üzeyir Hacıbəyov küçəsində iri gövdəli çinar ağacı qırılaraq qaz borusunun üzərinə düşüb.

Nəticədə həmin ünvanda 3 binada yaşayan 45 abonentə qaz verilişində fasilə yaranıb.

Aidiyyəti qurumların əməkdaşları əraziyə gələrək yaranmış problemi aradan qaldırıblar.

Güclü külək şəhərin Nizami, Nəriman Nərimanov, Aşıq Qurbani, Rəsul Rza küçələrində də müxtəlif növ ağacları kökündən qoparıb. Ağaclar Yaşıllaşdırma idarəsinin əməkdaşları tərəfindən ərazidən götürülüb.

Goranboyda da güclü külək 1 qəsəbə, 6 kəndi işıqsız qoyub. Dünən axşam saatlarında hava şəraitinin dəyişməsindən sonra elektrik naqillərində nasazlıq yaranıb. Nəticədə yaşayış məntəqələrinə enerji verilişi dayanıb. Rayonun Boluslu, Balakürd, Eyvazlılar, Məşədiqaralar, Nərimanlı, Zeynallı kəndlərinin sakinləri gecəni şam işığında keçirmək məcburiyyətində qalıblar. Rayonun ən böyük qəsəbələrindən olan Qızılhacılıda da enerji verilişində fasilələr yaranıb. Bu gün səhər saatlarında isə problem aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti