Xəzər Xəbər

İsmayıllıda qəsdən yanğın törədən şəxs saxlanıldı VİDEO

FHN qəsdən yanğın törədən şəxsin görüntüsünü yaydı
Veb TV | 12:43 • 20 Avqust 2022
İsmayıllıda qəsdən yanğın törədən şəxs saxlanıldı

Avqustun 19-u Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb.

Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Rubrikanın digər xəbərləri

Zooparka giriş bahalaşıb
Zooparka giriş bahalaşıb VİDEO
21:17 • 19 İyul 2024
Yol qəzaları 4 nəfərin həyatına son qoydu
Yol qəzaları 4 nəfərin həyatına son qoydu VİDEO
20:29 • 19 İyul 2024
İşğaldan azad olunan ərazilərdə YANĞIN
İşğaldan azad olunan ərazilərdə YANĞIN VİDEO
15:22 • 19 İyul 2024
FHN-nin əməliyyat
FHN-nin əməliyyat görüntüləri
11:50 • 19 İyul 2024

Xəbər lenti

Çox oxunanlar