Xəzər Xəbər

Şabran və Qubada meşə yanğınları davam edir VİDEO

Veb TV | 22:27 • 18 Avqust 2022
Şabran və Qubada meşə yanğınları davam edir

Şabran və Qubada meşə yanğınları ilə mübarizə tədbirlərinə FHN-nin 700-dən çox  şəxsi heyyəti, aviasiya dəstəsi və müxtəlif texnikalar cəlb olunub. Ərazinin mürəkkəb relyefi, eləcə də güclü külək yanğınsöndürmə əməliyyatlarına çətinlik yaradıb.  

Şabran və Qubada meşə yanğınları bugün yenidən aktivləşib.  

Yanğınların yüksək dağlıq ərazidə baş verməsi, eləcə də güclü külək söndürmə əməliyyatlarını xeyli çətinləşdirib. 

Alovlarla mübarizə məqsədilə Şabranın Gilavar kəndinə Mülki Müdafiə Qoşunlarının növbətçi briqadaları yerləşdirilib. 

Bölgədə yanğınla mübarizə tədbirlərinə FHN-nin canlı qüvvələri, yanğınsöndürən texnikalar, bir Amfibiya tipli təyyarə və iki helikopter cəlb edilib.  
Kənd sakinləri də yanğını söndürməyə çalışırlar. 

Gün ərzində Qubanın Zərqova və Çiçi kəndləri yaxınlığında meşə massivində də yanğınla mübarizə tədbirləri davam etdirilib. Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb.

Xəbər lenti