Xəzər Xəbər

Gömrük prosedurları asanlaşdırılır: Yaxın 3 ay ərzində... VİDEO

Bu dəmir yolu xətti vasitəsilə yük daşımalar asanlaşacaq
Veb TV | 22:10 • 18 Avqust 2022
Gömrük prosedurları asanlaşdırılır: Yaxın 3 ay ərzində...

Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı mühüm sənəd imzalanıb. Sənədə əsasən gömrük prosedurlarında bəzi yeniliklər ediləcək. Birgə əməkdaşlıq yüklərin qısa zamanda təhlükəsiz şəkildə daşınmasına imkan yaradacaq. Dəmiryolu nəqliyyatı ilə daşınan mallar haqqında ilkin məlumatların elektron mübadiləsi qaydaları sadələşdirməklə yanaşı, sərhədkeçmə proseslərini də sürətləndirəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yük daşımalar asanlaşacaq

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının sadələşdirilməsi üçün ilkin məlumat mübadiləsinə dair Saziş" imzalanıb. Dövlət Gömrük komitəsinin sədri vəzifələrini icra edən Şahin Bağırov bildirib ki, yaxın 3 ay ərzində Gürcüstan və Türkiyə ilə məlumat mübadiləsi platforması hazırlanacaq.Onun sözlərinə görə, birgə əməkdaşlıqda əsas məqsəd yüklərin tez bir zamanda və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasına nail olmaqdır.

Türkiyənin Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay bildirib ki, aparılan müzakirələr Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin daha fəal şəkildə istifadə edilməsinə səbəb olacaq. O, çıxışında Qarsdan Bakıya dəmiryolu ilə yükdaşımaların vaxtının azaldılmasını təklif edib.

Gürcüstan Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava qeyd edib ki, üçtərəfli saziş ölkələr arasında gömrük əlaqələrini daha da möhkəmləndirəcək.

Sazişin imzalanması mərasimində vurğulanıb ki, tərəflər arasında qurulan əməkdaşlıq ölkəmiz və regionun tranzit potensialının artmasında mühüm rol oynayacaq.

Xəbər lenti