Xəzər Xəbər

Un və çörəyin qiymətində artım gözlənilir: 70 qəpik... VİDEO

Un və çörəyin qiymətində nə qədər dəyişiklik gözlənilir?
Veb TV | 21:25 • 18 Avqust 2022
Un və çörəyin qiymətində artım gözlənilir: 70 qəpik...

neçə gündür ölkəmizdə də unun qiymətinin bahalaşacağı ilə bağlı xəbərlər yayılır. Unun qiyməti qalxsa təbii ki, çörək də bahalaşacaq. Bəs həm un, həm də çörəyin qiymətində nə qədər dəyişiklik gözlənilir?

Son vaxtlar unun qiymətində ediləcək dəyişiklik xəbərindən sonra unun satışının azaldığı iddia edilir. Belə xəbərlər gəzir ki, bu da un qıtlığının yaranmasına səbəb olub.

Paytaxtda çörək istehsalı ilə məşğul olan sexlərdən birinin direktoru Söhrab Cabbarov deyib ki, un ehtiyatları əvvəlki həftələrlə müqayisədə azalıb. Səbəb un satışı ilə məşğul olan dəyirman və bəzi mağazaların qiymətdə ediləcək dəyişiklik xəbərindən sonra satışı limitə keçirimələridir.

Söhrab Cabbarov onu da bildirib ki, unun qıtlığı ilə bağlı çörək istehsalı ilə məşğul olan müəsissə rəhbərləri İqtsiadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat veriblər. Bu gün adı çəkilən qurumda iclas keçirilib və bununla bağlı qərar qəbul olunub.

Çörək sexləri qiymətə dəyişklik ediləndən sonra bütün mağazalarla yeni müqavilə bağlayacaqlarını bildirirlər. Un istehsal edən dəyirmanların satışı limtlə etməsi şəhər mağazalarında un qıtlığına səbəb olubmu?

Gəzən xəbərlər bölgələrdə də süni ajiotaja səbəb olub. Şamaxıda rayon sakinləri bir neçə gündür un tapa bilmədiklərini desələr də, un satışı ilə məşğul olan mağaza sahibləri isə bildirir ki, un dəyirmanlardan alınıb və hazırda yoldadır.

Qiymətin həqiqətən də bahalaşıb bahalaşmayacağını isə yaxın günlərdə müşahidə edəcəyik.

 

Xəbər lenti