Xəzər Xəbər

Sumqayıtda dəhşətli qətl bu evdə olub: Qonşular danışdılar - TƏFFƏRRÜAT VİDEO

Faktla bağlı cinayət işi başlanıb
Veb TV | 21:00 • 18 Avqust 2022
Sumqayıtda dəhşətli qətl bu evdə olub: Qonşular danışdılar - TƏFFƏRRÜAT

Sumqayıtda qohumlar arasında düşən mübahisə qanla bitib. Sumqayıtda 36 yaşlı kişi qətlə yetirilib. Hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib. 36 yaşlı Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 44 yaşlı Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin mülk mübahisəsi üstündə törədildiyi iddia edilir.

Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Xəbər lenti