Xəzər Xəbər

Ağalıda müəllim işləmək istəyənlər üçün ŞANS - Avqustun 19-dək... VİDEO

Əlavə güzəştlər nəzərdə tutulur
Veb TV | 19:45 • 18 Avqust 2022
Ağalıda müəllim işləmək istəyənlər üçün ŞANS - Avqustun 19-dək...

Zəngilan rayonunun ağalı məktəbinə vakansiya seçiminə start verilir.

Ağalıda müəllim işləyəcək şəxslərə  əlavə güzəştlər nəzərdə tutulur. Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli belə deyib. O bildirib ki, Ağalı məktəbinə vakansiya seçiminə start verilir. Seçimdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində  müəyyən olunmuş balı keçən və yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Nurlan İsmayılbəyli seçiləcək namizədlərə əlavə güzəştlərin olunacağına da  diqqət çəkib. Könüllü olaraq müaciət edənlərin sayının çox olduğunu qeyd edib.

Qeyd  edək ki, vakansiya seçimi üçün son müraciət tarixi 19 avqustadək müəyyən olunub.

Xəbər lenti

Çox oxunanlar