Xəzər Xəbər

30 illik həsrət bitir: Zabuxa qayıdırıq VİDEO

Zabux sakinləri doğma yurdlarına qayıtmaq üçün gün sayır
Veb TV | 19:30 • 18 Avqust 2022
30 illik həsrət bitir: Zabuxa qayıdırıq

Zabux kənd sakinləri öz doğma yurd-yuvalarına qayıtmaq üçün gün sayır. Onlardan biri də Hüseynovlar ailəsidir. 32 yaşında kəndini tərk etmək məcburiyyətində qalan Tahir Hüseynov hazırda 62 yaşındadır və öz evinin açarlarını hələ də saxlayıb. 

İndi böyükdən kiçiyə bütün Zabuxlular böyük qayıdışı gözləyir.

Zabux kəndinin sakinləri uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb, firavan günlər yaşayacaqlarına, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını deyirlər. Biz də çox yaxın zamanda Hüseynovlar ailəsinin Zabuxdakı evlərində qonaq olacağıq.

Xəbər lenti

Çox oxunanlar