Xəzər Xəbər

Bakıda kanalizasiya quyusu daşdı VİDEO

Veb TV | 17:37 • 18 Avqust 2022
Bakıda kanalizasiya quyusu daşdı

Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsindəki avtomobil yolunda kanalizasiya daşıb.

Bu barədə Oxu.Az-a ərazidəki vətəndaşlar məlumat veriblər. Onlar kanalizasiya sularının ətrafı çirkləndirməsindən şikayətləniblər.

“Azərsu” ASC-nin rəsmisi Neyman Səfərəliyev Oxu.Az-a açıqlamasında problemin aradan qaldırıldığını deyib:

“Yasamal rayon Sukanal idarəsi tərəfindən kanalizasiya tutulması aradan qaldırılıb. Bu günlərdə həmin kollektorda və baxış quyularında yuyulma işləri aparılacaq”.

Xəbər lenti

Çox oxunanlar