Xəzər Xəbər

İsmayıllı və Zaqatalada ağır yol qəzaları baş verib, ölənlər var VİDEO

Veb TV | 19:45 • 15 Avqust 2022
İsmayıllı və Zaqatalada ağır yol qəzaları baş verib, ölənlər var

İsmayıllıda ağır yol qəzası baş verib. Yük maşını minik avtomobilinin üzərindən keçib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qalacıq kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan yük maşını qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub. Yük maşınının altında qalan minik avtomobilinin sürücüsü Hafiz Əsədov hadisə yerində keçinib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Zaqatalada isə 2 minik avtomobili toqquşub. Yol nəqliyyat hadisəsi Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb. Aşağı Çardaqlar kənd sakini 29 yaşlı Yusif Musayevin idarə etdiyi  minik avtomobili ilə Höytala kənd sakini 34 yaşlı Ramazan Qabaçovun idarə etdiyi  minik avtomobili  toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılardan Ramazan Qabaçov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralı Yusif Musayev isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti