Xəzər Xəbər

Prezidentin izi ilə: Ağsu və İsmayıllıda yeni iş yerləri YARADILIR VİDEO

Veb TV | 20:37 • 13 Avqust 2022
Prezidentin izi ilə: Ağsu və İsmayıllıda yeni iş yerləri YARADILIR

İşğaldan azad olunmuş ərazilərimizin bərpası ilə yanaşı ,digər bölgələrdə də yenidənqurma ,abadlıq,tikinti işləri  geniş vüsət alıb. Ağsu və İsmayıllıda bəzi müəssisələrin fəaliyyətinin genişləndirilməsi və yeni zavodlarin stifadəyə verilməsi buna bariz nümunədir.

2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan "Ağsu Aqropark" fəaliyyətini genişləndirəcək.

Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.

Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Burada ümumilikdə 2200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. Doğulan buzovlar bir neçə aydan sonra ətlik və südlük istiqamətləri üzrə ayrılır.

Bildirilir ki, müəssisədə bütün istehsal sahələri üzrə  aqrotexniki qaydalara riayət olunur.

Bu gün Dövlət Turizm Agentliyi tərəfindən turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işlərinin aparıldığı "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub. Media nümayəndələri "Basqal" Dövlət Tarix-Mədəniyyət ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işləri barədə məlumatlandırılıblar. Onlara Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib.

Qeyd olunub ki, basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib.

Xəbər lenti