Xəzər Xəbər

Prezidentin Basqaldan İrəvana atdığı “bomba” – Status olmayacaq, Zəngəzur gündəliyimizdədir və... VİDEO

Veb TV | 19:36 • 13 Avqust 2022
Prezidentin Basqaldan İrəvana atdığı “bomba” – Status olmayacaq, Zəngəzur gündəliyimizdədir və...

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə Ermənistana və onun havadarlarına ciddi mesaj oldu. Bundan başqa dövlət başçısı ilk dəfə "Qisas" əməliyyatının təfərrüatlarından danışaraq tapşırıqların artıqlaması ilə icra olunduğunu qeyd etdi. Zəngəzur koridoru ilə də bağlı da gələn həftələrdə ciddi irəliləyişin olacağının qeyd olunmasını mütəxəssislər Azərbaycanın daha bir hərbi-diplomatik qələbəsi hesab edirlər. 

Azərbaycan Ermənistanın hər təxribatı qarşısında öz mövqelərini daha da gücləndirir və qarşı tərəf daha çox bədəl ödəməyə məcbur edilir. Prezident İlham Əliyevin Ermənistana, separatçılara və onların havadarlarına ciddi mesaj dolu son müsahibəsinin əsas mahiyyəti idi bunlar...

Dövlət başçısı ilk dəfə qisas əməliyyatının təfərrüatlarından danışaraq cəzalandırma tədbirindən sonra yüzlərlə erməni hərbçisinin Qarabağ ərazisini tərk etdiyini açıqladı. Bundan başqa o da vurğulandı ki,  "Qisas" əməliyyatı nəticəsində qarşıya qoyulan tapşırıqlar artıqlaması ilə icra olunub. 

Prezident Laçın koridoruna paralel çəkilən yolun Rusiya sülhməramlıları ilə də illər öncə razılaşdırıldığını açıqlamaqla Ermənistan tərəfinin də bu proseslərdən məlumatlı olduğunu faktarla ortaya qoydu. Bu isə onu deməyə əsas verir ki, Ermənistan alternativ yolun Azərbaycan tərəfindən nə zaman hazırlanacağını  dəqiq bilib və öz tərəfində heç bir iş görməməklə faktiki olaraq prosesi gecikdirmək üçün siyasi təxribata əl atıb. Ancaq bu təxribat da digər cəhdlər kimi Azərbaycanın güclü iradəsi qarşısında iflasa uğradıldı.

Dövlət başçısı Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qısa zamanda öz yurdlarına dönməsi üçün tapşırıq verdiyini də bildirdi. Bu isə o deməkdir ki, heç kim bir də Laçın və kəndləri ilə bağlı xam xəyallara düşməsin. 

Diqqət çəkən məqamlardan biri də Ermənistanın və separatçıların Qarabağ erməniləri üzərində təsirinin azalması ilə bağlıdır.

Dövlət başçısının "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq" cümləsi ilə onların yalnız Azərbaycan dövlətinin vətəndaşı ola biləcəyini bildirib.

Prezident artıq gələn həftələrdə Ermənistandan koridorun marşrutunu gözlədiklərini açıqladı. Bu Ermənistan tərəfinin son cəzalandırma tədbirindən sonra artıq real addımlar atmaqdan başqa çarəsinin olmadığının göstəricisidir.

Ermənistanın  tərəfinin üçtərəfli bəyanatın icrasından yayınmağa çalışdığı hər manevr onların vəziyyətini daha da pisləşdirir. Azərbaycanın mövqeləri isə hər keçən gün güclənməkdədir.

 

Xəbər lenti