Xəzər Xəbər

"Sevilya" evə əliboş qayıtdı VİDEO

“Sevilya” İspaniya çempionatının açılış oyununda gözlənilmədən uduzdu
Veb TV | 17:28 • 13 Avqust 2022
"Sevilya" evə əliboş qayıtdı

“Sevilya” İspaniya çempionatının ilk turunda səfərdə “Osasuna”ya 1:2 hesabı ilə uduzub.

Komandalar ilk hissədə qol mübadiləsi aparıblar. 9-cu dəqiqədə Esekiel Avila meydan sahiblərini hesabda irəli çıxarsa da, iki dəqiqə sonra Rafa Mir bərabərliyi bərpa edib.

Görüşün sonunda “Osasuna” qələbə qazanıb. 74-cü dəqiqədə Aymar Oros penaltini dəqiq yerinə yetirərək komandasına mövsümdə ilk qələbəsini qazandırıb.

Növbəti mərhələdə “Sevilya” avqustun 19-da “Valyadolid”i qəbul edəcək. “Osasuna” bir gün sonra evdə “Kadis”lə qarşılaşacaq.

La Liqa

12 avqust

Osasuna – Sevilya 2:1
Qollar:
 Avila, 9. Oroz, 74-pen. – Mir, 11.

Xəbər lenti