Xəzər Xəbər

Ağır qəzalar yenə can aldı: 2 nəfər öldü VİDEO

Veb TV | 21:00 • 12 Avqust 2022
Ağır qəzalar yenə can aldı: 2 nəfər öldü

Şirvanda baş verən qəzada yeniyetmə sürücü ölüb. Yol-nəqliyyat hadisəsi şəhərin dəmir yolu stasiyasının çeşidləmə məntəqəsində baş verib. Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü Şirvan şəhər sakini 15 yaşlı oğlan hadisə yerində ölüb.

Türkiyə vətandaşı idarə etdiyi iritonajlı yük maşını ilə Zaqataladan Qax rayonu istiqamətində hərəkət edərkən maşını yolun kənarında saxlayıb yolu digər tərəfinə keçmək istəyən zaman  hərəkətdə olan mikroavtobus tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Türkiyə vətandaşı hadisə yerində dünyasını dəyişib. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Potoloji anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti