Xəzər Xəbər

Sakinlər 16 ildir evlərinə köçməyi gözləyir VİDEO

Veb TV | 20:59 • 11 Avqust 2022
Sakinlər 16 ildir evlərinə köçməyi gözləyir

Zəhmətlə qazandıqları pulla mənzil alıblar, amma içərisində yaşaya bilmirlər. Söhbət Yeni Yasamal yaşayış massivində yerləşən çoxmərtəbəli binanın sakinlərindən gedir. Buradan ev alan vətəndaşlar aldadıldıqlarını iddia edirlər. Onlar deyir ki, binanın tikinti və təmir işləri 16 ildir ki, bitmək bilmir. Çarəsiz qalan sakinlər problemin həlli üçün "Xəzər Xəbər"ə üz tutublar. 

Sakinlər evlərinə köçmək istəyir, lakin binanın tikintisi 16 ildir ki, yekunlaşmır...

Söhbət Paytaxtin Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsi 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından gedir.

Sakinlər eyni zamanda iddia edir ki, bir mənzil eyni vaxtda bir neçə nəfərə satılıb.

Sakinlər deyir ki, tikilinin məxsus olduğu "Global SF" MMC tərəfindən hər dəfə onlara yalan vədlər verilir. Sözügedən şirkətlə biz də əlaqə saxladıq. Bildirildi ki, problemin səbəbkarı şirkətin əvvəlki sahibləridir. 

Şirkətdən bildirdi ki, ilin sonuna qədər mənzillər tam hazır olacaq.

Xəbər lenti