Xəzər Xəbər

Azərbaycanda vulkan püskürdü – Geologiya və Geofizika İnstitutu SOS siqnalı çaldı VİDEO

Veb TV | 19:35 • 11 Avqust 2022
Azərbaycanda vulkan püskürdü – Geologiya və Geofizika İnstitutu SOS siqnalı çaldı

Bu gün səhər saatlarında Lökbatan palçıq vulkanı püskürüb. Gurultulu səslə başlayan vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb.  Növbəti püskürmələr gözlənilirmi? 

Bakıda  dünyanın  5 ən aktiv palçıq vulkanlarından biri püskürüb

Təxminən 2 hektar ərazi palçıq lavasıyla örtülüb. Geologiya və Geofizika İnstitutunun  Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasovun sözlərinə  görə  Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində qeydə alınıb.Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb. 

Orxan Abbasovun  bildirdiyinə görə Lökbatan palçıq vukanının püskürməsinə səbəb ötən gün baş verən zəlzələ ola bilər. 

Məlumat üçün bildirək ki, Lökbatan palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. 

 

 

Xəbər lenti