Xəzər Xəbər

Ceyhun Bayramov növbəti dəfə Ermənistana çağırış etdi VİDEO

Veb TV | 20:45 • 10 Avqust 2022
Ceyhun Bayramov növbəti dəfə Ermənistana çağırış etdi

Ötən ay ölkəmiz üçün əlamətdar və tarixi ay oldu. Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov, Əlcəzairin xarici işlər naziri ilə birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ardıcıl və davamlı olaraq həyata keçiriləcək. Nazir bölgədə sülhün və dayanıqlı təhlükəsizliyin təmin olunmasında beynəxlaq norma və prinsiplərə əməl olunmağın vacibliyini qeyd edib. Ölkəmizin hər zaman bu mövqedə olduğuna diqqət çəkib.

Nazirin sözlərinə görə, Ermənistanın üçtərəfli bəyanatın icrası istiqamətində bir sıra qeyri-konstruktiv yanaşmaları var.

Bundan əlavə xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, enerji daşıyıcılarının ixracını həyata keçirən ölkələr olaraq Azərbaycan və Əlcəzair ilk növbədə enerji, həmçinin investisiyalar sahəsində əməkdaşlıq edə bilər. Bu sahədə istifadə edilməmiş böyük potensial var.

Xəbər lenti