Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: arvadına görə yüzlərlə adamın evini YANDIRARAQ KÜL ETDİ - YENİ DETALLAR VİDEO

Veb TV | 8,421 | 10:24 • 10 Avqust 2022
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: arvadına görə yüzlərlə adamın evini YANDIRARAQ KÜL ETDİ - YENİ DETALLAR
Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub.
 
XəzərXəbər xəbər verir ki, hadisə ilə bağlı oxu.az-a danışan şahidlərin iddialarına görə, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub.
 
Onların sözlərinə görə, daim sərxoş vəziyyətdə olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri olub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. Bundan daha da hiddətlənən Murad Əliyevin avqustun 9-u saat 18 radələrində yenə içkili vəziyyətdə evə gəldiyi və qəsdlə evi yandırdığı iddia edilir.
 
Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər.
 

Xəbər lenti