Xəzər Xəbər

FHN qəsdən yanğın törətmə faktının üstünü açdı - 50 yaşlı kişi qadının evini yandırdı VİDEO

Veb TV | 19:53 • 5 Avqust 2022
FHN qəsdən yanğın törətmə faktının üstünü açdı - 50 yaşlı kişi qadının evini yandırdı

İsmayıllıda 50 yaşlı kişi qəsdən yanğın törədib. Şəhər sakini Teymur Nəsirov həmyerlisi, Natəvan Məmmədliyə məxsus tikilini yandırıb. Hadisənin səbəbkarını yanğını söndürməyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ortaya çıxarıb.

İki gün əvəl baş verən yanğının qəsdən törədildiyi məlum olub.

Belə ki, 3 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı şəhəri Tofiq İsmayilov küçəsində köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğin söndürülüb və yaxinliqdaki tikililər yanğından mühafizə olunub.

İlkin araşdirma zamani hadisənin qəsdən törədildiyi müəyyən olunub. Dövlət yanğın nəzarəti xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəsirov tərəfindən törədildiyi müəyyən edilib. 

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Xəbər lenti