Xəzər Xəbər

Ağalıda bir günün on illərə bərabər təəssüratları VİDEO

Veb TV | 20:45 • 5 Avqust 2022
Ağalıda bir günün on illərə bərabər təəssüratları

Ağalı kəndinə qayıdan sakinlər doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar. Azərbaycan jurnalistlər şəbəkəsi Ağalıya qayıdan Həyat Namazovanın bir günü ilə bağlı material hazırlayıb. 

Ev heyvanlarının səsi duyulur, torpağın gerçək sahiblərinin nəfəsi hiss edilir.

Tikinti meydançasından artıq yurd yerinə çevrilən Ağalıya köçənlərin xoşbəxtliyi üzlərindən oxunur.

Görüntülər  "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin  Zəngilan rayonunun Ağalı kəndinə köçən Həyat xanımın dogma yurd yerindəki bir gününə həsr etdiyi video layihədəndir.

Həyat Namazova bildirir ki, ailəsi ilə birlikdə Ağalının daha da inkişaf etməsi üçün əllərindən gələni etməyə çalışırlar.

Həyat Namazova bildirir ki, uzun illər sonra yenidən Ağalının dogma sakinləri ilə qonşu ola bildiklərinə görə çox sevinclidirlər.

Onu da qeyd edək ki, Vətən Müharibəsindəki Zəfərdən sonra salınan Zəngilanın Ağalı kəndi müasir texnologiyalar əsasında qurulan ilk yaşayış məntəqəsidir.

 

Xəbər lenti