Xəzər Xəbər

Barbarların London basqını: Səfirliyimizə hücum edənlər kimlərdir? VİDEO

Veb TV | 20:07 • 5 Avqust 2022
Barbarların London basqını: Səfirliyimizə hücum edənlər kimlərdir?

Dünən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirlik binasına daxil olan həmin şəxslər bəzi əşyaları yarasız hala salıb, binanın üzərində olan Azərbaycanın 3 rəngli bayrağını da yerə atıblar. Hadisəyə Xarici İşlər Nazirliyindən sərt münasibət bildirilib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli isə bildirib ki, dini şüarlarla bir səfirliyə hücum etmək, uğrunda minlərlə müsəlman gəncin canını fəda etdiyi bayrağa hörmətsizlik etmək elə islam dəyərlərinə sayğısızlıqdır.

Səfirliyin binasına daxil olaraq dini bayraqlar qaldırdılar, radikal dini şüarlar səsləndirdilər.

Azərbaycanın 3 rəngli bayrağını çıxardıb yerə atdılar. Bu azmış kimi səfirlik binasının içərisinə daxil olub əşyaları, avadanlıqları da yarasız vəziyyətə saldılar.

Ötən gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirlik ərazisinə yaxınlaşan həmin şəxslər elə səfirliyi mühafizə edən polis əməkdaşlarının gözləri qarşısında binaya daxil olublar. Maraqlısı budur ki, belə bir hadisənin baş verdiyi məqamda polis əməkdaşları heç bir müdaxilə etməyiblər.

Baş vermiş hadisəyə görə, bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xarici İşlər Nazirliyinə çağırılıb.Səfirliyin müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib.

London polisi də yaşanan hadisə ilə bağlı açıqlama verib. Bildirilib ki, Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb. 

Hadisəyə din xadimləri də münasibət bildirib.Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli qeyd edib ki, səfirliyimizə qarşı atılan bu təxribatçı addımların dinimizlə heç bir əlqasi yoxdur. Onlar xarici xüsusi xidmət orqanlarının əlində oyuncağa çevirilib destruktiv fəaliyyətlərinə orada davam edirlər.

Hacı Şahin Həsənli onu da qeyd etdi ki,vaxtı ilə bu dəstələr müxtəlif qulaq oxşayan şüarlarla Azərbaycanda da kök salmaq istəsələr də, sosial baza toplaya bilmədilər. İndi isə əsl simalarını ortaya qoydular.

Xəbər lenti