Xəzər Xəbər

Payızda yoluxma yenidən artacaq? - Bədbin proqnoz VİDEO

Veb TV | 19:35 • 5 Avqust 2022
Payızda yoluxma yenidən artacaq? - Bədbin proqnoz

"Son günlər koronavirusa yoluxmada artım müşahidə olunur. Buna baxmayaraq hazırda Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət nəzarət altındadır". Bunu barədə  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. İnfeksionist yoluxmanln  payızda yüksələ biləcəyindən də danışıb. 

Hazırda Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət nəzarət altındadır.

Bu barədə  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O, qonşu ölkələrin statistik məlumatlarına diqqət çəkib.

Təyyar Eyvazov bildirib ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Buna görə də yoluxma payızda yüksələ bilər.

Qeyd edək ki, ÜST son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artımın əsasən Avropa və Amerikanın bəzi ölkələrində "Omikron" ştamının mutasiya olunan yeni növləri hesabına baş verdiyini vurğulayıb. 

Xəbər lenti