Xəzər Xəbər

Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir VİDEO

Veb TV | 19:45 • 2 İyul 2022
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir

Bu gün Azərbaycanda polis günüdür. Tam 104 il əvvəl yaradılan polis qüvvələri bu gün də müstəqil Azərbaycanda asayişin qorunmasında, daxili sabitliyin təmin olunmasında ciddi cəhd göstərir və buna nail olur. Növbəti süjetimizi də onlara həsr etmişik...

Onları hər yerdə görmək olur. Vətəndaşın həyatını öz canları hesabına xilas edəndə, cinayətkarlığın qarşısını alanda və ölkədə sabitliyin təmin olunmasında bu şəxslər vəzifə borclarını yerinə yetirirlər.

104-cü ildönümünü qeyd edən daxili işlər orqanlarının əməkdaşları dövlət və vətəndaşlar üçün nələri etmədilər ki?! İctimai asayişin qorunması, kriminogen duruma nəzarət, cinayətkarlığa qarşı mübarizə sahəsində müstəsna xidmətləri ilə diqqəti cəlb edən polis əməkdaşları bu illər ərzində yarana bilən hər cür çətinliyin öhdəsindən gəldilər. Bu gün Azərbaycan polisi bu sahədə vətəndaşların qarşılaşdıqları problemlərin həllində təkcə öz vəzifəsini yerinə yetirmir, həm də bir insanlıq borcu amilini də diqqətdən kənar buraxmır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyir ki, daxili işlər oqranlarının fəaliyyəti təkcə dövlətçiliyin keşiyində dayanmaqla yekunlaşmır, bu əzmkarlıq həmçinin COVİD pandemiyası ilə mübarizədə də özünü göstərdi. 

Təkcə Vətən müharibəsi başlanan anda tətbiq olunan komendant saatı dövründə daxili işlər orqanları yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumiyyətlə, respublika üzrə səfərbər oldular. Qələbənin əldə edilməsində ön və arxa cəbhələrdə xidmət aparan polislərin də rolu az olmadı.

Bu gün demək olar ki, əsrin bəlasına çevrilən narkotiklə mübarizə sahəsində də polis əməkdaşları var gücləri ilə çalışırlar.

Qeyd edək ki, bu gün Azərbaycanda Polis Günü qeyd olunur. 

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022