Xəzər Xəbər

Dünya ölkələrinin DİQQƏTİNƏ: Türkiyə “Bayraktar TB-2”ləri tam milliləşdirdi VİDEO

Veb TV | 16:37 • 2 İyul 2022
Dünya ölkələrinin DİQQƏTİNƏ: Türkiyə “Bayraktar TB-2”ləri tam milliləşdirdi

Türkiyə istehsalı etdiyi pilotsuz uçuş aparatlarını (PUA) tam milliləşdirə bilib.

“TRT Haber” xəbər verir ki, türk şirkətləri PUA-ların bütün hissələrinin istehsalına nail olub.

PUA-larda ən vacib hissələrdən biri rabitə sistemləridir. Bu sistemlər əvvəllər idxal edilirdi. Türk mühəndislərinin səyi nəticəsində rabitə sistemləri artıq Türkiyədə istehsal olunur.

“TRT Haber”ə danışan NETA Müdafiə Texnologiyaları Layihəsinin meneceri Mehmet Akif Tulum deyib ki, PUA-lar üçün ən əhəmiyyətli məhsullar yer və hava izləmə antenna sistemləridir. O qeyd edib ki, PUA-lar havada qaldıqları müddətdə yerlə ikitərəfli əlaqəni təmin edən rabitə antenləri fəaliyyətdə olur. Həmin sistemlərin istehsalı 3 illik çalışmadan sonra Türkiyədə təşkil edilib.

Mehmet Akif Tulum bildirib ki, milli sistemlər həm texniki xüsusiyyətlərinə, həm də qiymətinə görə xarici analoqlarından qat-qat üstündür. Son 1 ildə kütləvi istehsal edilən bu məhsullar artıq “Bayraktar TB-2” və AKINCI-ya inteqrasiya olunub.

PUA-lar üçün ən vacib parametrlər arasında uçuş məsafəsi, məlumatın ötürülmə sürəti və GPS məlumatı olmadan əlaqə qurulmasıdır. Mehmet Akif söyləyib ki, türk mühəndislərin hazırladığı qurğular hesabına xaricdəki analoqları ilə müqayisədə daha yaxşı nəticələr əldə olunub:

"Biz məlumat ötürülmə sürətini də iki dəfə artırdıq. Diapazonun səviyyəsi təqribən 300 kilometrə, məlumat ötürülmə sürəti səviyyəsi isə təxminən 10 meqabit səviyyəsinə çatıb. Sürətli rabitə hesabına audio və video məlumatların ötürülmə keyfiyyəti ən yüksək səviyyəyə qalxıb.

Xüsusən də döyüş bölgəsində GPS tıxacları davamlı olaraq baş verir. Odur ki, audio və video ötürülmələrində fasilə və ya PUA-ların əlaqəsində tamamilə kəsilmə ola bilər. Bu, döyüş meydanında arzuolunmaz vəziyyətdir. Buna görə də GPS məlumatlarından asılı olmadan işləyə bilmək çox vacibdir. Xüsusilə PUA istehsalçıları tərəfindən, müştərilər tərəfindən bizdən tələb olunduğu üçün bir çox xarici həmkarlarında belə olmayan bu xüsusiyyəti məhsullarımıza əlavə etdik. Sistemimiz GPS məlumatı olmadan siqnallarını izləməklə döyüş meydanında işləyə bilər.

Bu antena sistemləri əvvəllər xaricdən gətirilirdi. Akıncı və TB-2 üçün bu məhsulları kütləvi istehsal mərhələsinə gətirdik. Baykara verdiyimiz məhsulların ümumi sayı təxminən 200 dəstdir”.

Xəbər lenti

Çox oxunanlar