Xəzər Xəbər

Polis narkotik satanları ifşa etdi VİDEO

Veb TV | 19:44 • 30 İyun 2022
Polis narkotik satanları ifşa etdi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Xezerxeber.az-ın məlumatına görə, əməliyyat nəticəsində Bakı şəhər sakinləri - Eldəniz Süleymanov və əvvəllər məhkum olunmuş Tərlan Əliyev sonuncunun idarə etdiyi avtomobillə saxlanaraq polis şöbəsinə gətiriliblər. Polisin məlumatına görə, həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumi çəkisi 6 kiloqramdan çox olan heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, onlar həmin narkotik vasitəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində satışını təşkil etməli imişlər. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində də narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Vaqif Əsədov və Vüsal Abdullayev saxlanıblar. Həmin şəxslər Beyləqan rayon ərazisindən keçən magistral yolda müəyyən ediliblər.  Onlara məxsus torbaya baxış keçirilən zaman 5 ədəd polietilen qablaşdırmada ümumi çəkisi 5 kiloqram 430 qram olan heroin və 300 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb. Adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti