Xəzər Xəbər

Polis qızıl dişli Ləmanı tutdu: Görün nə etdi ŞOK VİDEO

Veb TV | 09:24 • 29 İyun 2022
Polis qızıl dişli Ləmanı tutdu: Görün nə etdi

Türkiyədə azərbaycanlı gənc qız dələduzluqda ittiham olunub.

XəzərXəbər Lent.az-a istinadən xəbər verir ki, hadisə Denizli şəhərində qeydə alınıb.

Belə ki, azərbaycanlı 22 yaşlı Ləman Nuriyeva Perihan .Ç adlı qadına zəng edərək özünü prokuror kimi təqdim edib. Daha sonra həmin qadına evindəki qızıl və pulların FƏTO/PYD-yə aid olduğunu deyib və bağlama ilə həmin pulları alıb.

Aldadıldığını başa düşən qadın hüquq-mühafizə orqanlarına xəbər verib.

Polis və prokurorluq əməkdaşları axtarışa verilən azərbaycanlı qızın ağzında qızıl diş olduğunu öyrəniblər. Buna görə, onlar Ləmanı tutmaq üçün keçirdikləri əməliyyata “qızıl diş” adı veriblər.

Məhz həmin qızıl dişi sayəsində gənc qız saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam edir.

Xəbər lenti