Xəzər Xəbər

Dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib VİDEO

Veb TV | 21:07 • 28 İyun 2022
Dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib

Dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılacaq vəsaitin xüsusi çəkisi yüksək olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə əlavə vəsaitlərin yönəldiləcəyi istiqamətləri açıqlayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Müzakirələrdən sonra dövlət büdcəsinə dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti