Xəzər Xəbər

Xaricdə təhsil almaq istəyənlərlə müsahibə mərhələsinə başlanıb VİDEO

Veb TV | 20:36 • 28 İyun 2022
Xaricdə təhsil almaq istəyənlərlə müsahibə mərhələsinə başlanıb

Dövlət vəsaiti hesabına xaricdə təhsil almaq istəyənlər üçün müsahibə mərhələsinə başlanıb. Bu mərhələdə müvafiq seçim qaydalarının tələblərinə uyğun olaraq sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər iştirak edirlər.

Xezerxeber.az-ın məlumatına görə, proses "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

2019-2023-cü illər dövlət proqramı idarəetmə qrupunun rəhbəri Turan Topalova müsahibə mərhələsinin silsilə şəkildə davam edəcəyini bildirib. O, namizədlərin hansı meyarlar əsasında seçiləcəyini də açıqlayıb.

Hazırda 21 ölkə üzrə müraciətin olduğunu bildirən Turan Topalova daha çox ABŞ, Böyük Britaniya, Belçika və Kanadada fəaliyyət göstərən universitetlərə üstünlük verildiyini deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti