Xəzər Xəbər

Təhsil naziri direktorluq iddiasında olanlardan danışdı VİDEO

"Məktəb direktoru olmaq üçün uyğunluq çox önəmlidir"
Veb TV | 20:48 • 28 İyun 2022
Təhsil naziri direktorluq iddiasında olanlardan danışdı

"Məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı çoxdur. Lakin seçim üçün yaradılan komissiya bu vəzifəyə uyğun olanların sayının az olduğunu üzə çıxarır".

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Mingəçevirdə jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, məktəb direktoru olmaq üçün uyğunluq çox önəmlidir.

Emin Əmrullayev bildirib ki, regional təhsil idarələri direktorların seçimində müəyyən rol oynayacaqlar. Bu, az şagird kontingenti olan məktəblər üçün keçərli olacaq.

Təhsil naziri həmçinin uşaq bağçalarında aparılan monitorinqlərdən də danışıb. O deyib ki, aparılan monitorinqlər artıq başa çatıb və 1680 bağçada ilkin vəziyyət barədə məlumatlar var.

Emin Əmrullayev əlavə edib ki, tərbiyəçilərin işə qəbulunun vahid formatda aparılması nəzərdə tutulub. İyul ayında prosesin müəllimlərin işə qəbulu formatında keçirilməsi mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti